CƏMİYYƏTDƏ İCTİMAİ SAĞLAMLIĞIN ROLU

Yazarlar

  • Lətifə Mehdi-zadə Bakı şəhəri, Azərbaycan Tibb Universiteti II Müalicə-proflaktika fakültəsinin 221A-4b qrup tələbəsi

Anahtar Kelimeler:

ictimai sağlamlıq, ictimai səhiyyə, sanitar-epidemioloji, gigiyenik qaydalar

Özet

Sağlam cəmiyyətin formalaşması ictimai fəaliyyət olub təbəqəsindən, cinsindən, irqindən asılı
olmayaraq hər kəsin mənəvi borcudur. İctimai sağlamlıq bəşəriyyətin svilizasiyasına səbəb
amillərdəndir. Fərdi və dövlət səviyyəsində aktuallığını qoruyub saxlayan bu problem tədqiqat
sahəsinə çevrilmiş və tibbin inkişafına öz bəhəsini vermişdir.
Diqqəti ictimai sağlamlığın əhəmiyyətinə yönəldən elmi araşdırmalardan biri də Tibb İnstitutu
tərəfindən tədqiq edilən və 1988-ci ildə nəşr edilmiş "İctimai Sağlamlığın Gələcəyi" adlı hesabatıdır.
Tədqiqat komitəsinin qarşısına qoyduğu ilk vəzifələrdən biri ictimai sağlamlığın tərifini yenidən
araşdırmaq, bunun effektiv olması üçün ictimai sağlamlığın geniş şəkildə müəyyən edilməsi
zəruriliyini əsaslandırmaq idi. Tədqiqat komitəsinin əsaslandırılmış tərifi dörd hissədən ibarətdir:
ictimai səhiyyənin missiyası, mahiyyəti, təşkilati çərçivəsi və əsas funksiyaları. “İctimai Sağlamlığın
Gələcəyi” ictimai sağlamlığın missiyasını “insanların sağlam ola biləcəyi şəraitin yaradılması,
cəmiyyətin maraqlarının təmin edilməsi” kimi müəyyən olunur. İctimai sağlamlığın mahiyyəti isə
“xəstəliyin qarşısının alınmasına və sağlamlığın möhkəmləndirilməsinə yönəlmiş mütəşəkkil icma
səyləridir”. İctimai səhiyyənin təşkilati çərçivəsi “hökumətin rəsmi strukturu çərçivəsində həyata
keçirilən fəaliyyətləri, həm də özəl və könüllü təşkilatların və fərdlərin əlaqəli səylərini” əhatə edir.
İctimai sağlamlıq üç əsas funksiyanı yerinə yetirir:
1. Qiymətləndirmə
2. Siyasət inkişafı
3. Təminat
İctimai sağlamlığı və onun funksiyalarını daha yaxşı dərk edilməsinin bir yolu onu tibbi təcrübə ilə
müqayisə etməkdir. Tibb xəstələrlə fərdi məşğul olduğu halda, ictimai səhiyyə cəmiyyətə öz xəstəsi
kimi baxır. Belə ki, ictimai səhiyyə əhalinin sağlamlığının keşiyində durur, tibb əsas diqqəti xəstələri
sağaltmağa yönəldir. İctimai sağlamlıq isə xəstəliyin qarşısının alınması üçün tədbirlər görür. İctimai
sağlamlıqla əlaqədar qərar qəbul etmək siyasətdən asılıdır. İcma tərəfindən qəbul edilməli olan ictimai
səhiyyə müdaxilələri ilə bağlı qərarlar hökumətin fəaliyyətinə tələbi artırır və siyasət vasitəsilə həyata
keçirilir .
Buna misal yeni tipli pnevmoniya COVİD-19 koronovirus pandemiyasıdır. Virus Ümumdünya
Səhiyyə Təşkilatına verilən məlumata əsasən Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli
Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya
xəstəliyinin ilk aşkar edilmişdir. 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən
dünyada pandemiya elan olunmuşdur. Azəırbaycan Respublikası Nazirlər Kabinetin Operativ
Qərargahının tətbiq etdiyi qabaqlayıcı profloktik epidemioloji tədbirlər (COVİD-19 əlehinə vaksin,
maska taxmaq, sosial məsafənin gözlənilməsi, küçə və yaşayış məkanlarının dezinfeksiya edilməsi,
gigiyenik qaydalara riayət) sayəsində mövcud məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun
olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir. Tibb İnstitutunun "İctimai Sağlamlığın Gələcəyi" adlı hesabatından da müəyyən edildiyi kimi ictimai
sağlamlığın missiyası insanların sağlam ola biləcəyi şəraitin təmin edilməsində cəmiyyətin marağını
təmin etməkdir.

Yayınlanmış

2023-08-01

Nasıl Atıf Yapılır

Mehdi-zadə, L. (2023). CƏMİYYƏTDƏ İCTİMAİ SAĞLAMLIĞIN ROLU. Dünya İçin Sağlık Dergisi, 1(1), 6–14. Geliş tarihi gönderen https://jhealthforworld.com/index.php/pub/article/view/2